Yaşıl planet: Alimlər Yerin keçmişdə tamamilə fərqli göründüyünü deyirlər
Planetimizin okeanları uzun illər əvvəl mavi deyil, siyanobakteriyaların təsiri ilə yaşıl idi.
QHT.az xəbər verir ki, Yer bir vaxtlar yaşıl idi, yeni araşdırma qədim okeanların sirrini açır. Naqoya Universitetindən yeni araşdırmasına görə, Yer kürəsi bir zamanlar "mavi mərmər" deyil, yaşıl planet olub. Bu, okeanlardakı yüksək ikivalentli dəmir (Fe II) konsentrasiyası ilə izah olunur. 3 milyard il əvvəl oksigenin olmadığı dövrdə dənizlər bulanıq yaşıl rəngdə idi. Bu mühitdə ilk fotosintetik orqanizmlər – siyanobakteriyalar inkişaf etmişdi. Onlar yaşıl işığı effektiv udan PEB piqmenti və fikoeritrin adlı zülal vasitəsilə işıq enerjisini xlorofilə ötürürdülər.
Matsuo 2023-cü ildə İvo adasında aparılan araşdırmalar zamanı qədim okeanlara bənzər mühiti – dəmir baxımından zəngin yaşıl sularda yaşayan siyanobakteriyaları öyrənib. Nəticələr yaşıl işığın üstünlük təşkil etdiyi 5,5 metr dərinlikdə PEB-in daha çox olduğunu göstərib. Bu araşdırma təkcə Yer tarixini deyil, həm də digər planetlərdə həyatın izlərini anlamaqda mühüm rol oynaya bilər. Yaşıl okeanlar uzaqdan daha asan müşahidə oluna bilən bioloji aktivlik əlaməti ola bilər.
R.İmanov