Xəbərlər 15.04.2025 08:34 185

Qubada məktəblilərlə mediasiya mövzusunda maarifləndirici görüş keçirilib - FOTOLAR

Quba rayonu, Dağlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə görüş baş tutub.

QHT.az xəbər verir ki, məktəbin direktoru Üzeyir Muradlı açılış nitqi ilə çıxış edərək hazırki dövrdə mübahisələrin alternativ həlli yolu kimi mediasiyanın əhəmiyyətini vurğulayıb. Daha sonra Quba 1 saylı MT -nın rəhbəri Hümmət Əliyev mediasiya haqqında iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Sonda Hümmət Əliyevin müəllifi olduğu "Birgə həll, davamlı nəticə: Mediasiyanın sirləri" adlı kitab məktəbə hədiyyə edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı