Xəbərlər 11.04.2025 15:11 200

İmişli rayonunda vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu İmişlidə keçirib.

 

Agentlik sədri sosial məsələlərlə bağlı müraciət edən İmişli və Beyləqan rayonunun sakinləri ilə görüşüb. Müraciətlər arasında fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili və sanatoriya-kurort yollayışları ilə bağlı məsələlər üstünlük təşkil edib. Qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Müxtəlif rayonlar üzrə mütəmadi olaraq təşkil edilən qəbullar vətəndaş müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır.

 

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı