Beynəlxalq səviyyəli səmimi görüş keçirilib
Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD, Deaflympics) və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidentləri ilk dəfə Bakıya səfər ediblər.
QHT.az xəbər verir ki, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, Komitə prezidentinin köməkçisi Kristina Horvat, təşkilatın idarə heyətinin üzvü Burcu Piskin və eşitmə məhdudiyyətli Prezident mükafatçısı, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi təsisçisi , Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin üzvü Nərgiz Abdulova qonaqlarla səmimi atmosferdə keçirilən nahar süfrəsi ətrafında görüşüblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları və gələcək layihələr ətrafında müzakirələr keçirilib.
Bu cür görüşlər deflimpiya hərəkatının inkişafında və beynəlxalq əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.