Xəbərlər 10.04.2025 18:40 114

Alimlər BDU-da tədris prosesi ilə tanış olublar - FOTOLAR

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri BDU-da tədris prosesi ilə tanış olublar.

QHT.az xəbər verir ki, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bir qrup alimi Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində olub. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının müdiri Matlyuba Tullavoldieva, kafedranın professoru Karima Tulenova, dosenti Gülçöhrə Eşanova, dosent əvəzi Marvarid Mamadcanova, Dünya tarixi kafedrasının müəllimi Raino Mullacanova fakültənin rəhbərliyi, professor-müəllim heyəti ilə görüşüblər.

Qonaqlar Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanovanın mühazirəsində iştirak ediblər. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin İctimai elmlər kafedrasının professoru Karima Tulenova “Fəlsəfə” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə işlədiyi Universitet haqqında geniş informasiya verib. Qonaqlar daha sonra Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professor-müəllim heyəti ilə təcrübə mübadiləsi aparıblar.

Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri bir həftə ərzində Sosial elmlər və psixologiya fakültəsində olacaqlar. Onlar “Fəlsəfə” ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələri ilə görüşəcək. Fəlsəfə kafedrasında “Postmodernizmin çoxqiymətli məntiq kontekstində qnoseoloji təhlili” mövzusunda birgə elmi seminar keçirəcək, fənn proqramları, dərslik və dərs vəsaitləri ilə tanış olacaqlar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı