Xəbərlər 10.04.2025 09:12 109

"Elmlə səyahət" mövzusunda beynəlxalq müzakirə keçirilib - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan Elm Festivalı çərçivəsində bu gün “Elmlə səyahət: Elm göründüyündən daha yaxındır” mövzusunda növbəti müzakirə baş tutub.

QHT.az xəbər verir ki, Festival çərçivəsində keçirilən müzakirədə İsraildən professor Mark Applebaum, Türkiyədən professorlar Abdulla Sofiyev və Hasan Tutar öz dəyərli fikirləri ilə elmin müxtəlif sahələrinə dair maraqlı yanaşmalarını bölüşüblər.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbirlə bağlı paylaşımında beynəlxalq alimlərin Elm Festivalına verdiyi töhfəni yüksək qiymətləndiri. "UNEC Elm Festivalına verdiyi əvəzolunmaz dəstəyə və böyük töhfəyə görə hər birinə təşəkkür edirəm. Uğurlar!” – deyə rektor qeyd edib.

Qeyd edək ki, UNEC-də keçirilən Elm Festivalı gənclərin elmi dünyaya marağını artırmaq, innovativ fikir mübadiləsini təşviq etmək və beynəlxalq elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı