Xəbərlər 09.04.2025 11:19 98

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərilib

Möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərib.

 

Onlardan 12,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və Agentlik tərəfindən aktivlərlə təmin edilməklə kiçik biznesləri qurulub. 

 

Digərləri münasib iş yerləri ilə təmin edilib, habelə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı üçün də işlər görülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı