Xəbərlər 09.04.2025 00:56 120

BMT: Süni intellektin tətbiqi yaxın illərdə iş yerlərinin 40%-ni ixtisar edəcək

Süni intellekt (AI) bazarının 2033-cü ilə qədər 4,8 trilyon dollara çatacağı proqnozlaşdırılır ki, bu da Almaniyanın ÜDM-i ilə müqayisə oluna bilər.

QHT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) xəbərdarlıq edir ki, süni intellektin inkişafı inklüziv olmaya bilər. ABŞ və Çindən olan 100 şirkət elmi-tədqiqat xərclərinin 40%-ni təşkil edir. Bu texnologiyanın iş yerlərinin 40%-nə təsir edəcəyi gözlənilir, amma avtomatlaşdırma sosial bərabərsizliyi artıra və inkişaf etməkdə olan ölkələrdə ucuz işçi qüvvəsinin üstünlüyünü zəiflədə bilər. Süni intellekt həm də yeni iş imkanları yaradacaq, buna görə işçi qüvvəsinin yenidən hazırlanması vacibdir.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı