Xəbərlər 09.04.2025 00:00 173

QHT-lər tərəfindən tələbələrlə layihə çərçivəsində görüş keçirilib - FOTOLAR

Azərbaycan Milli QHT Forumunun ofisində 8 aprel tarixində "Ailələrə Sosial Dəstək" İctimai Birliyi və "Davamlı Turizmin İnkisafına Dəstək" İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinin Sosialogiya Fakultəsinin tələbələri ilə "Təbiət Keşikçiləri Gənclər Hərəkatı ilə sən də təbiəti qoruyanlardan ol!" layihəsi çərçivəsində görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə ekoloji şüurun formalaşdırılması, ətraf mühitə qarşı məsuliyyətli davranışın insanların rifahının yaxşılaşmasına təsiri müzakirə olundu. Uşaq və gənclər arasında təbligatin gücləndirilməsi istiqamətində görüləcək işlərlə bağlı təkliflər verildi.

Hər iki Birliyin sədrləri Nərminə Qəribova və Rəhimova Esmira QHT-lərin fealiyyətində gənclərin aktiv olmasının həm onların təcrübə toplaması, həm də təşkilatların fəaliyyətinin genişlənməsi üçün vacib olduğunu bildirdilər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı