Xəbərlər 08.04.2025 18:33 114

DSMF sədri IV “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov IV “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevlə görüşüb.

 

H.Məmişov əvvəlcə qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra Fondun fəaliyyəti, əhaliyə göstərilən xidmətlər, son illər qazanılmış uğurlar, idarəçilik sistemi, ölkəmizdə sosial təminat sahəsində həyata keçirilən islahatlar və xidmətlərin elektronlaşdırılması barədə məlumat verib.

 

Fond sədri proaktiv təyinat mexanizmlərinin qurulmasından, xidmət modelinə keçidlə bağlı əldə olunan nailiyyətlərdən, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və xidmət sahələrinin optimallaşdırılmasından da danışıb.

 

O, həmçinin xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işləri və qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı