Xəbərlər 08.04.2025 07:29 94

Ağdaban faciəsi – Ermənistanın insanlığa qarşı törətdiyi dəhşətli cinayətdən 33 il ötür

İnsanlığa qarşı törədilən ən dəhşətli faciələrdən biri, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifəsidir.

QHT.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarlı meşələrə, dağlara qaçdılar.Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada belə görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirdilər və soyqırım aktı törətdilər.

Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı