Xəbərlər 07.04.2025 16:51 139

“Bakı Marafonu 2025”in Könüllü Proqramının müsahibə mərhələsi davam edir

“Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Bakı Marafonu 2025”in Könüllü Proqramının müsahibə mərhələsi çərçivəsində 2000-dən çox könüllü qeydiyyatdan keçmişdir.

QHT.az xəbər verir ki, seçilmiş namizədlər artıq aprelin ilk həftəsindən etibarən müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibədən uğurla keçən iştirakçılar üçün isə marafona hazırlıq məqsədilə xüsusi görüşlər və təlim proqramları təşkil olunacaq.

Qeyd edək ki, müsahibə mərhələsi 11 aprel tarixinə qədər davam edəcək. Ətraflı məlumat üçün “Regional İnkişaf” İctimai Birliyinin 150 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Bütün iştirakçılara uğurlar arzulayırıq!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı