Xəbərlər 07.04.2025 08:40 283

"Birgə həll, davamlı nəticə: Mediasiyanın sirləri" kitabının imza günü keçirilib - FOTOLAR

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun kitablarının və Quba 1 saylı MT-nın rəhbəri Hümmət Əliyevin kitabının imza günü baş tutub.

QHT.az xəbər verir ki, Nadir Adilovun müəllifi olduğu kitablar LIBRAFF kitab mağazalarında satışda olduğu üçün müəllif kitablarının satışından əldə edilən vəsait İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinə ianə ediləcəkdir. İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyin sədri Araz Əhmədov qeyd edilən tədbirdə qonaq qismində iştirak edib. Araz Əhmədov İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyi tərəfindən mediatorlarımıza olan müraciətlər zamanı onların fəaliyyətinə dəstək olan hər bir mediatorumuza dərin təşəkkür edib.

Quba 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyev tərəfindən yazılan mediator olmaq istəyən namizədlər və mediatorlar üçün əyani vəsait olan "Birgə həll, davamlı nəticə: Mediaisyanın sirləri" kitabı isə iştirakçılara ödənişsiz olaraq təqdim edilib.

Hümmət Əliyev çıxış edərək kitabın məzmunu və kitabda yer alan mediativ həllər barədə məlumat verib. Kitablar ödənişsiz əsaslarla tədbir iştirakçılarına imzalı təqdim edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı