QHT-nin Novruz bayramı və baharın gəlişi münasibətilə keçirilən iməcilik aksiyaları başa çatıb - FOTOLAR
"Regional İnkişaf" İctimai Birliyinin Novruz bayramı və baharın gəlişi münasibətilə paytaxt və regionlarda keçirilən iməcilik aksiyaları başa çatıb.
QHT.az xəbər verir ki, son olaraq Qarabağ regionu üzrə İctimai Birliyin könüllüləri Ağdam rayonu, Soltanbud meşəsi ərazisində abadlıq işləri həyata keçiriblər. Bu çərçivədə ərazilər təmizlənib, quş yuvaları rənglənərək asılıb, avtomobil təkərlərindən oturacaqlar hazırlanaraq rənglənib və ağaclar əhənglənib.
Xatırladaq ki, bu təşəbbüsün əsas məqsədi ətraf mühitin abadlaşdırılması və təmizliyinə töhfə verməklə yanaşı, şəhər və kəndlərə baharın təravətini və yenilənmə ruhunu gətirməkdir.