Xəbərlər 31.03.2025 13:56 245

Azərbaycanın soyqrımı cinayətlərinə qarşı beynəlxalq mexanizmlər yaradılmasında tarixi missiyası - ZAUR İBRAHİMLİ YAZIR

Azərbaycanın soyqrımı cinayətlərinə qarşı beynəlxalq hüquqi və institusional mexanizmlər yaradılmasında tarixi missiyası

Azərbaycan dövlətinin soyqrımı, etnik təmizləmə cinayətlərinə qarşı beynəlxalq hüquqi və institusional mexanizmlər yaradılmasında tarixi missiyasını, yaratdığı unikal nümunələri dünyaya göstərməliyik

31 Mart Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinin rəmzidir. 20-ci əsrin əvvəllərindən başlayaraq ermənilərin törətdikləri etnik təmizləmə və soyqırımı cinayətləri nəticəsində yüzminlərlə azərbaycanlı qətlə yetirilmişdir. Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Gələcək nəsilləri bu təhlükələrdən qorumaq üçün ermənilərin xalqımıza qarşı yürtdüyü 20-ci əsr boyunca davam edən bu soyqrım, etnik təmizləmə siyasəti barədə gerçəyi dünyaya göstərməliyik, hər fürsətdə bəyan etməliyik, hər imkanda nümayiş etdirməliyik.

 

Soyqrımı, etnik təmizləmə cinayətlərinin araşdırılmasının, sənədləşdirilməsinin ilk nümunələrini Azərbaycan yaradıb.

Zamanında xalqımıza qarşı bu soyqrımı aktlarının sənədləşdirilməsi üçün vətənpərvər ziyalılarımız, dövlət xadimlərimiz çağdaş dünya tarixində ilk nümunələri yaradıblar. 1911-ci ildə tanınmış azərbaycanlı ədib Məmməd Səid Ordubadi neft sənayeçisi-milyonçu Murtuza Muxtarovun maddi dəstəyi ilə artıq öz dövrü üçün unikal olan bir sənədlər toplusu – “Qanlı sənələr” adlı kitab hazırlayır. Azərbaycanın bütün bölgələrindən və ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından alınmış 245 məktub və digər materiallar əsasında (600-dən artıq mənbə), isti izlərlə yazılmış bu kitabda on minlərlə günahsız insanın məhvinə, minlərlə evlərin, təsərrüfatların, kəndlərin dağıdılmasına səbəb olmuş faciəvi hadisələrin müəllif tərəfindən qərəzsiz xronikasını yaradılır.

 

Bələkə də, çağdaş dünya tarixində soyqrım aktlarının araşdırılması, sənədləşdirilməsi, hüquqi qiymət verilməsi nümunəsi 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə – yəni Azərbaycan XI Qızıl Ordu tərəfindən yenidən işğal edilənə qədər işləmiş göstərmiş, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının araşdırmasıdır. 1919-cu il avqustun 27- komissiyanın üzvü Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Bakı şəhəri və ətrafında törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəqdir. 20 ay fəaliyyət göstərən bu komissiya böyük çətinliklərlə qarşılaşsa da ermənilərin xalqımızın başına açdığı müsibitlər haqqında çoxlu faktiki materiallar toplamağa müvəffəq olmuş və bu gün bizə xalqımızın tarixindəki bu qaranlıq səhifələrin yenidən işıqlandırmaq üçün böyük köməkliklər göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyası xaqımızın azadlığı uğrunda apardığı mübarizə şərəfli yer tutur.

 

Məhz Məmməd Səid Ordubadinin, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlər, onların fəaliyyəti çağdaş tarixi təcrübədə unkikal bir nümunələr kimi təbliğ olunmalıdır. Azərbaycan təcrübəsi soyqırımı, etnik təmizləmə cinayətlərinin araşdırılmasına, daha sonra bu cinayətlərin qarşısının alınması, günahkarların cəzalandırılması işində mühüm töhfədir.

 

Azərbaycan dövlətinin soyqrımı, etnik təmizləmə cinayətlərinə qarşı beynəlxalq hüquqi və institusional mexanizmlər yaradılmasında tarixi missiyası

Hazırda Azərbaycanda Ermənistanın işğalı və Azərbaycana qarşı qanunsuz hərəkətləri ilə bağlı mühüm məhkəmə prosesi də ölkəmizin dünyada soyqrımı, etnik təmizləmə cinayətlərinə qarşı hüquqi müstəvidə mübarizədə mühüm töhfəsi kimi dəyərləndirilməlidir. Azərbaycan torpaqlarının işğalından əvvəl və işğal dövründə qanunsuz fəaliyyətlərinə görə 15 nəfər mühakimə olunur. İşğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni qurumun “prezidenti” və “naziri” vəzifələrində çalışmış bu şəxslər 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra həbs ediliblər. Onlara qarşı 1987-ci ilin oktyabrından 2024-cü ilin 22 aprelinədək müharibənin planlaşdırılması və həyata keçirilməsi, soyqırımı, qırğınlar, quldarlıq, insanların öz torpaqlarından məcburi qovulması, işgəncələr, qanunsuz həbslər, terrorizm, terrorizmə maliyyə dəstəyi, hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun devrilməsi və digər cinayətlər üzrə 1389 iş tərtib edilərək məhkəməyə təqdim edilib. Bu məhkəmə işini əhəmiyyətli edən, həbs edilmiş şübhəlilərin törətdiyi iddia edilən ayrı-ayrı cinayətlərin araşdırılması ilə yanaşı, Ermənistan dövlətini məsuliyyətə cəlb edə biləcək mümkün nəticələrin olmasıdır. Azərbaycan Baş Prokurorluğu proseslə bağlı ilkin bəyanatında bildirib: “Ermənistan Respublikasının birbaşa və tam dəstəyi ilə Azərbaycan Respublikası ərazisində yaradılmış saxta “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz qüvvələrinin Azərbaycana qarşı qanunsuz fəaliyyəti ilə bağlı material məhkəməyə göndərilib”.

 

Məmməd Səid Ordubadinin, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının ermənirlərin törətdiyi soyqrımı, etnik təmizləmə cinayətlərini araşdırması, Ermənistanın işğalı və Azərbaycan xalqına qarşı cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin məhkəməsi Azərbaycan dövlətinin bu istiqamətdə ardıcıl, sistemli mübarizəsini, bu sahədə beynəlxalq hüquqi və institusional mexanizmlər yaradılmasında tarixi missiyasını göstərir. Bu aspektlər də beynəlxalq arenda təbliğatımız üçün mühüm tezislərdən olmalıdır.

 

İlk növbədə özümüzdən başlamalıyıq, yeni təcrübələr yaratmalıyıq

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Bu tarixi fərmandan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər aşkarlandı, erməni terrorçularının həyata keçirdikləri qanlı aksiyalar barədə sübutlar daha geniş miqyasda toplandı. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə yaradılan Quba Soyqırım Memorial Kompleksi isə effektiv ideoloji mərkəz kimi çıxış edir.

 

Milli QHT Forumu üzvü QHT-lərlə Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət etdik. Soyqırımı Memorial Kompleksi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlılara qarşı soyqırımın 107-ci ildönümü ilə əlaqədar olaraq “Yaddaşlardan silinməyəcək 31 Mart Soyqırımı” adlı tədbir keçirildi. Xalqımıza qarşı 20-ci əsr boyunca davam edən bu soyqrım, etnik təmizləmə siyasəti barədə gerçəklərin dünyaya çatdırılması məsələlərini müzakirə etdik. Kompleksin direktor müavini Mehriban Əliyeva faydalı tövsiyyələr verdi.

 

Öz növbəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyi mütəmadi olaraq bu istiqamətdə iləyən QHT-lərlə “beyin hücumu” təşkil edir və təklifləri toplayır. Bu təkliflər sistemləşdirilib və müvafiq dövlət orqanlarına göndərilib, son vaxtlar bu təkliflərin mərhələ-mərhə reallaşması diqqətdən qaçmır.

Azərbaycan Milli QHT Forumu çətir təşkilat kimi bu istiqamətdə QHT səylərinin əlaqələndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsində əlavə impuls verir. Forumun bu istiqamətdə sistemli işə yaxın gələcəkdə daha aydın və effektiv şəkildə özünü biruzə verəcək.

 

QHT-lər öz növbəsində gündəlik fəaliyyətində belə bu istiqmaətdə təbliğatı unutmamalıdırlar. Kütləvi ictimai tədbirlərimizdə şəhidlərimizin əziz xatirəsi ilə yanaşı ermənilərin törətdikləri soyqırımlarda qətlə yetirilmiş soydaşlarımızın xatirəsini yad etməliyik. QHT-lər, ictimai təşkilatların veb səhifələrində beynəlxalq dillərdən birində “Azərbaycan xalqına qarşı soyqrımlar” adlı bölmə yaratmalıyıq. Azərbaycanlıların kütləvi qətilləri ilə əlaqədar tarixlərdə sosial şəbəkələrdə bir neçə gün ərzində beynəlxalq dillərdə həştəqlər, məlumatlar paylaşmalıyıq. Ölkəmizə dəvət etdiyimiz qonaqlarımızı bu hadisələrlə əlaqədar məkanlara aparmalıyıq, hər bir QHT-də bu hadisələrlə əlaqədar beynəlxalq dillərdə materiallar olmalıdır, bu materiallar qonaqlara təqdim edilməlidir. Bu cinayətlərlə əlaqədar məktublar, müraciətlər mütəmadi olaraq beynəlxalq təşkilatlara, parlamentlərə göndərilməlidir. Bütün bu fəaliyyətlər xüsusi maddi resurs tələb etmir və QHT fəallarının asanlıqla edə biləcəyi faəliyyətlərdir.

 

Həmçinin, xarici tədqiqatçıların bu mövzularda tədqiqatlar aparması, hesabatlar hazırlamasına nail olmaq daha effektiv olardı. Eyni zamanda bu istiqamətdə xarici QHT-ləri cəlb etməklə layihələr, təbliğat ilşəri aparılması günün tələblərinə daha çox cavab verər. Həmçinin, yalnız ingilis dilində deyil, ispan, çin dillərində xalqımıza qarşı soyqrım, etnik təmizləmə cinayətləri haqqında materiallar hazırlanmalı və açıq resurslarda yerləşdirilməlidir. Diasporumuz isə aksiyalardan çox, parlamentlərdə, beyin mərkəzlərində müzakirələr aparılması, sərgilər keçirilməsi, rəqəmsal məhsullarla təbliğat üsullarını tətbiq etməlidirlər.

 

Bu məqalənin hazırlanmasında tarix elmləri doktorları Ataxan Paşayev, Solmaz Rüstəmova-Tohidinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin araşdırmalarından istifadə edilib.

 

Zaur İbrahimli

Azərbaycan Milli QHT Forumu İdarə Heyəti üzvü

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı