Xəbərlər 17.03.2025 10:49 136

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib.

 

Onlardan 1,5 mini təkərli oturacaq (o cümlədən 35-i mühərrikli təkərli oturacaq), 497-si aşağı və yuxarı ətraf protezi, habelə 237-si eşitmə aparatı, 713-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. 

 

Həmçinin əlilliyi olan şəxslərə 642 cüt protez və 901 cüt ortopedik ayaqqabı, 25 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

 

Bu ilin iki ayı ərzində ümumilikdə 3,4 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı