Xəbərlər 14.03.2025 16:00 235

S.Qurbanov: “Şimali Makedoniya ilə enerji sahəsində münasibətlər inkişaf edir” 

“Şimali Makedoniya ilə enerji sahəsində münasibətlər inkişaf edir”.

Bu sözləri Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ilə bağlı məsələyə münasibət bildirərkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib. O, bildirib ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alması müsbət qiymətləndirilməlidir. Dövlət başçısı hesab edir ki, siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Cənab Prezident onu da bildirib ki, əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı