“Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Yardımlı rayonu üzrə nümayəndələri Dadaşlı Xəyalə və Eyvazlı Zəminənin təşəbbüsü, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yol hərəkəti qaydaları” adlı maarifləndirici tədbir təşkil edilib.
QHT.az xəbər verir ki, tədbirdə polis əməkdaşları fəallara yol hərəkəti qaydaları, onların əhəmiyyəti və təhlükəsizliyin təmin olunması barədə geniş məlumat veriblər. Görüş zamanı iştirakçılar yol hərəkəti təhlükəsizliyi ilə bağlı suallar ünvanlayıb və mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirin məqsədi uşaqlar və gənclər arasında yol hərəkəti qaydalarına riayət etmə vərdişlərini formalaşdırmaq, onların təhlükəsizliyini artırmaq və maarifləndirmə işini gücləndirmək olub.