Xəbərlər 26.02.2025 11:03 83

6 ayadək dövr ərzində təkrar əlillik təyin edilmiş 42,6 min şəxsə həmin dövr üzrə 25,4 mln. manat vəsait ödənilib

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

 

Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 42,6 min şəxs həmin ödənişlərlə təmin olunub.

 

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 25,4 mln. manat vəsait ödənilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı