Xəbərlər 17.02.2025 10:34 161

S.Qurbanov: “Somali ilə münasibətlərin perspektivi araşdırılır”

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çərçivəsində, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılan addımlar haqqında fikirlərini bölüşüb.

O, bildirib ki, Azərbaycan tərəfi Somali ilə ikitərəfli münasibətlərin perspektivlərinin araşdırır. Bakıda Somali ilə bağlanan müqavilələr və sazişlər gələcəkdə ikitərəfli münasibətlərin inkişaf edəcəyinə inam yaradır. Qeyd edək ki, Soamli ilə Azərbaycan arasında aşağıdakı sənədlər imzalanıb. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”; -“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı