Xəbərlər 13.02.2025 10:34 170

QHT sədrinin işçi sayısının azalması və özəl sektorun genişlənməsi haqqında AÇIQLAMASI

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlama verərək, dövlət sektorunda əmək müqavilələri ilə çalışan işçilərin sayının azalmasının səbəblərini izah edib. O, bildirib ki, bu azalmanın əsas səbəblərindən biri dövlət sektorunda həyata keçirilən islahatlardır:

"Əgər Dövlət sektorunda işçilərin sayının azalmasının (özəl sektorda isə əmək müqavilələri ilə çalışanların sayının artmasının) iqtisadi və sosial təsirlərini təhlil etsək, aşağıdakı nəticəyə gələ bilərik: Aparılan təhlillər deməyə əsas verir ki, Dövlət sektorunda çalışanların sayının azalmasının iqtisadi təsirləri müəyyən qədər hiss olunacaq. Belə ki, bu iqtisadi təsirlər Dövlət büdcəsində artımla müşahidə olunacaq. Dövlət sektorunda çalışanların sayının azaldılmasını sosial aspektdən qiymətləndirsək, deyə bilərik ki, bunun sosial təsirləri hiss olunmayacaq dərəcədə az olacaq. Çünki Dövlət sektorunda çalışmış, artıq uzun müddətli təcrübəyə malik işçilər özəl sektorda rahat işlə təmin oluna və ya yeni iş yerləri aça bilirlər. Özəl sektorda əmək müqavilələri ilə çalışanların sayının artmasının səbəblərindən biri də məhz budur".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı