Xəbərlər 14.01.2025 12:00 162

Rəqəmsal dövrdə insan alverinə qarşı mübarizə: QHT sədrinin təşəbbüsləri

"İnsan Alverinə qarşı mübarizədə Azərbaycan dövləti kifayət qədər işlər görür, addımlar atır. Eyni zamanda maarifləndirmə işlərinin aparılmasında vətəndaş cəmiyyəti ilə əməkdaşlığın xüsusi əhəmiyyəti vardır. Mövcud müdafiə, preventiv mexanizmlərin effektivliyini artırmaq üçün koordinasiyalı fəaliyyətlər və davamlılıq vacibdir."

Bu sözləri İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev QHT.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, xüsusilə gənclər, qadınlar və uşaqlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və proqramların yalnız mərkəz şəhərlərdə deyil, regionlarda və iqtisadi çətinliklərlə üzləşən əhali ilə də aparılması vacibdir.

Eyni zamanda Zaur Quliyev qeyd edib ki, İKT və sosial platformaların inkişafı cinayətkar qrupların rəqəmsal üsullardan istifadəsini artırıb. Buna görə maarifləndirmə fəaliyyətləri texnoloji yeniliklərə uyğunlaşdırılmalıdır. "Risk qrupları arasında sorğular, müsahibələr və tədqiqatlar aparmaq da ehtiyacların düzgün müəyyənləşdirilməsinə töhfə verə bilər," - deyə o əlavə edib.

 

İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyası Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı