Xəbərlər 10.01.2025 11:10 223

Mehriban Zeynalova: "Maarifləndirmə və əməkdaşlıq insan alverinə qarşı əsas silahlardır"

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alverinə qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edərək, mövcud mexanizmlərin effektivliyini artırmaq üçün fəaliyyətlərin davamlı olmasını vacib sayıb:

"Ən effektiv metodlardan biri İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorla QHT-lər arasında imzalanmış Memorandum çərçivəsində birgə fəaliyyətlərin icrasıdır. Hazırda Koalisiya bu sahədə 2025-ci il üzrə Fəaliyyət Planını hazırlayıb. Bu planda maarifləndirmə qrupları müəyyən edilib, xüsusilə gənclər, qadınlar və uşaqlarla bağlı tədbirlər nəzərdə tutulub. Həmçinin, insan alverinin qarşısının alınması istiqamətində maarifləndirmə proqramları təkmilləşdirilir və yenilənmiş planın icrasına yaxın zamanda başlanacaq."

Mehriban Zeynalova qeyd edib ki, hazırda 10 rayon üzrə koordinatorlar təyin edilib və onların vəzifə və öhdəlikləri hazırlanıb. Bu təşəbbüs regionlarda fəaliyyət göstərən QHT-lərin proseslərə daha aktiv cəlb edilməsinə və iqtisadi çətinliklərin insan alveri üçün yaratdığı şəraitin araşdırılmasına imkan yaradacaq.

 

İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyası Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanmışdır.

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı