Xəbərlər 26.12.2024 09:58 244

QHT Şəhid Elfaq Nağıyevin doğum gününə həsr olunmuş anım günü keçirib - FOTOLAR

24 dekabr, 2024- cü ildə Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə 44 günlük vətən müharibəsinin şəhidi Elfaq Nağıyevin ad günü münasibəti ilə anım günü keçirildi.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı şəhid Elfaq Nağıyevin qəhrəmanlıq yolundan danışdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Şəhid Elfaq Nağıyeva həsr olunmuş video- çarx nümayiş olundu.

Tədbiri aparmaq üçün söz məzarsz şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıla  verildi. O, tarix yazan oğulların, vətən yolunda şirin candan keçən oğulların əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unulmayacağını qeyd etdi. Sonra söz Səbael Rayon İcra Hakimiyyətinin əməkdaşı Abasağa Dərbəndliyə verildi. O, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsinin qəhrəman oğullarından olan Elfaq Nağıyevin ömür yolunun  gələcək nəsillərə bir örnək olduğunu bildirdi.

Şəhid Elfaq Nağıyevin təhsil aldığı 307 saylı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi. Tədbirdə şəhid Rəşad Ələkbərovun anası Nailə xanım, şəhid Zaur İsmayılzadənin anası Sevil xanım, şəhid Əkbər Pənahovun anası Mayqa xanım, Emin İsmayılovun anası Məlahət xanım,  şəhid Elfaq Nağıyevin dayısı qazi Sarvan Tağıyev, Əməkdar jurnalist Şəmsiyyə Kərimova çıxış etdilər. Bəstəkar, müğənni Yaqut Almaz, müğənni Vüsal Mingəçevirli, müğə nni Ruslan Səfərli, hərbi jurnalist Ötərxan Eltac,  şairlərdən Səringül Sadə, Mətanət Ulu Şirvanlı  vətənpərvərlik mövzusunda musiqilər, şeirlər səsləndirdilər.

Şəhid Elfaq Nağıyevin atası Araz Nağıyev, anası Aytəkin Nağıyeva öz çıxışlarında oğulları ilə fəxr etdiyini bildirdilər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı