Xəbərlər 11.12.2024 21:58 193

“Ölüm Tələsi” çarxı və insan hüquqları hesabatı təqdim olundu 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatında Ermənistanın işğalından azad edilmiş ərazilərdə insan hüquqlarının və humanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) həyata keçirdiyi faktaraşdırıcı missiyasının nəticələrinə dair hazırlanmış hesabatının təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib. Onun sözlərinə görə, tədbir zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən icra olunmuş müvafiq layihə çərçivəsində hazırlanan, Ombudsman Aparatının, Müdafiə Nazirliyinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının müsahibələrinin yer aldığı və Ermənistanın Azərbaycana qarşı mina terrorundan bəhs edən “Ölüm Tələsi” adlı sosial çarx nümayiş olunub.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı