Xəbərlər 04.12.2024 13:50 186

Hafiz Səfixanov: "53 ölkədə 5757 nəfər mina və partlayıcı qalıqlardan zərər çəkib"

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “Landmine Monitor Report 2024” hesabatının nəticələrini açıqlayıb.

QHT.az xəbər verir ki, İctimai Birliyin sədri bildirib ki, bu hesabat piyadalar əleyhinə minalarla mübarizənin son 27 illik vəziyyətini əks etdirən 25-ci illik hesabatdır:

"Hesabata əsasən:

  • 164 dövlət Ottava Konvensiyasına qoşulsa da, 33 dövlət, o cümlədən Cənubi Qafqaz ölkələri hələ də bu Konvensiyaya üzv olmamışdır.
  • Mina istehsal edən ölkələrin sayı 55-dən 12-yə enib, lakin Ermənistan, Çin, Hindistan, Rusiya kimi dövlətlər siyahıda qalmaqdadır.
  • 2023-cü ildə 281,50 km² ərazi mina və partlayıcı qalıqlardan təmizlənmiş, 160,566 mina məhv edilmişdir.
  • Qlobal mina mübarizəsinə dəstək 1,03 milyard ABŞ dollarını keçmişdir, bunun əsas səbəbi Ukraynaya artan yardımlardır.

Hesabatda qeyd edilir ki, 53 ölkədə 5757 nəfər mina və partlayıcı qalıqlardan zərər çəkib. Zərər çəkənlərin 84%-i mülki şəxslərdir, onlardan 37%-i uşaqlardır. Bu, mina qurbanlarının sayında son illərdə müşahidə edilən ən yüksək göstəricidir və Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqələndirilir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı