Xəbərlər 04.12.2024 12:13 205

Yanvar-noyabr aylarında 93 190 elektron arayış alınıb

2024-cü ilin yanvar-noyabr ayları ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 93 190 elektron arayış alınıb.

 

Bu arayışların 28 399-u pensiya, 41 250-si müavinət və təqaüd, 11 970-i fərdi şəxsi hesab, 2 908-i ünvanlı dövlət sosial yardımı, 1 306-sı torpaq pay mülkiyyətçisi, 1 967-si sosial sığorta şəhadətnamə nömrəsi, 1 761-i şəhid ailəsi üzvü, 758-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 368-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 448-i əlilliyi olan şəxslərə qulluq, 55-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı