Xəbərlər 18.11.2024 18:39 259

Şəhid övladları COP29-da iştirak ediblər - FOTOLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə orta məktəbdə təhsil alan 20 şəhid övladı COP29 Yaşıl Zonasını ziyarət ediblər.

QHT.az xəbər verir ki, burada müxtəlif dövlət və qurumların pavilyonları ilə tanış olan şəhid övladları, həmçinin Shokki Mokki və EkoSfera - Sosial Ekoloji Mərkəz tərəfindən təşkil olunan masterklasslara qatılıblar.

Sonda iştirakçılara Azersun Holding və COP29 Əməliyyat Şirkəti tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı