Xəbərlər 06.11.2024 00:23 1109

QHT sədri: "Müasir investisiya alətləri Azərbaycanda genişlənməlidir"

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli dünya iqtisadiyyatında yeni investisiya alətlərinin önəmini vurğulayaraq, Azərbaycanın bu sahədə yeniliklərə açıq olmasının zəruriliyini bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, vəsaitlərin yalnız dollar və qızıl kimi ənənəvi vasitələrlə qorunması artıq köhnə yanaşmadır. Dünyada fərdi investorlar üçün "Microsoft", "Coca-Cola" kimi beynəlxalq şirkətlərin səhmləri əlçatan olub, bu da yeni gəlir imkanları yaradır.

Kriptovalyutaların da potensialını qeyd edən Eyyub Kərimli maliyyə savadlılığının və müasir investisiya biliklərinin artmasının Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini vurğulayıb. Onun fikrincə, maliyyə bazarlarına çıxış imkanlarının genişlənməsi ölkədə iqtisadi canlanmaya təkan verə bilər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı