Xəbərlər 01.11.2024 13:25 1922

COP29 dolların iqtisadiyyatına təsir edəcəkmi? Elşad Məmmədovdan AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov COP29-un dolların qlobal miqyasdakı təsirləri ilə bağlı QHT.az-a özəl açıqlama verib. O, dolların qlobal səviyyədəki mövqeyinə təsir edən fundamental iqtisadi amillərin uzun illər ərzində formalaşdığını vurğuladı.

Professor COP29 nəticəsində dolların qlobal səviyyədə təsirlərində hansısa dəyişikliklər gözləmədiyini bildirib. "Düşünmürəm ki, COP29 nəticəsində dolların qlobal səviyyədə təsirlərində hansısa dəyişikliklər olacaq. Artıq uzun illər, mən deyərdim, onilliklər ərzində formalaşan yanaşmalar, formalaşan mövqeləşmələr var ki, dolların dünya miqyasındakı təsirlərinə ciddi şəkildə təzyiqlər edir," – deyə iqtisadçı qeyd edib.

O, dolların dünya miqyasında mövqeyinin formalaşmasının, bu istiqamətdə uzunmüddətli iqtisadi tendensiyaların nəticəsi olduğunu, dolayısıyla, COP29-un dolların qlobal təsirini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini düşünmədiyini ifadə etdi. Onun fikrincə, dolların dünya miqyasındakı təsiri, artıq formalaşmış yanaşmalar və iqtisadi amillər əsasında davam edəcək.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı