Xəbərlər 26.10.2024 00:26 2333

“Siqaret əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə “Siqaret əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbir 25 oktyabr 2024-cü il tarixində Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbində keçirilib. Tədbirdə layihə çərçivəsində hazırlanmış “Tütünsüz Həyat” kitabçasının təqdimatı olub.

Tədbiri giriş nitqi ilə açan “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” İctimai Birliyinin sədri Namiq Sərdarlı layihənin məqsəd və hədəflərindən danışıb. O vurğulayıb ki, layihənin əsas məqsədi yeniyetmə və gənclərə zərərli vərdişlərdən (narkotik maddələr, tütün məhsulları və alkoqollu içkilər) uzaq durmaq üçün şüurlu mübarizə aparmaqda dəstək olmaqdır. Bu məqsədlə yeniyetmə və gənclərlə mütəmadi olaraq maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

Daha sonra söz təlimçi İsmət Əmirahova verilib. O, məktəblilərə zərərli vərdişlərin və asılılığın yaratdığı fəsadlar, zərərli vərdişlərlə mübarizə yolları, asılılığın insan psixologiyasına mənfi təsirləri, narkotik maddələrin və tütün məmulatlarının insan orqanizminə zərərləri, eləcə də zərərli maddələrə "yox" deməyi bacarmaq mövzularında ətraflı məlumat verib.

Bundan sonra tədbir iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirlərini əks etdirən 30 karikaturadan ibarət sərgi təqdim olunub.

Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış “Tütünsüz Həyat” kitabçası, bloknot, qovluq və qələm hədiyyə edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı