“Ekoloji təmiz qara qızıl” topsununun təqdimat mərasimi keçirildi - FOTOLAR
Bu gün “Renever Studio”da bəstəkar Bəhram Nəsibovun neft sənayesi və ekologiya mövzusunda yazdığı marş və mahnılardan ibarət “Ekoloji Təmiz Qara Qızıl” toplusunun təqdimat mərasimi keçirildi. Tədbir “Əsrin Müqaviləsi”nin otuz illiyinə və 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunub.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri və toplunun tərtibçisi, “Bəhram Nəsibov Yaradıcılığının Təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov, bəstəkarın ifa edilməmiş 20 əsərinin not yazıları və şeir mətnlərindən ibarət olan toplusu haqqında danışdı. Toplu, neft sənayesi, neft kəmərləri, ekologiya və alternativ enerji mövzularını əhatə edən üç hissədən ibarətdir.
Tədbirdə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, professor Mahirə Hüseynova və digər qonaqlar toplunun ictimai əhəmiyyətini vurğuladılar. Təqdimat zamanı Bəhram Nəsibovun əsərləri Əməkdar artistlər Zahid Quliyev və Ağalar Bayramov, Beynəlxalq müsabiqələr laureatları Leyla Rəhimova və Arzu Məmmədova və digər tanınmış sənətkarların ifasında səsləndi.