Xəbərlər 08.10.2024 19:33 5135

Nazirlik Masallının 2 coğrafiya müəllimini təltif edib

Nazirlik Masallının 2 coğrafiya müəllimini təltif edib

 

Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Masallı rayonunun iki təhsil işçisinin fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən qiymətləndirilib.
Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin coğrafiya müəllimi Məmmədəliyev Əlizamin Əlipaşa oğlu “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, Sığdaş kənd tam orta məktəbinin coğrafiya müəllimi Nuriyev Xəzər Əlibaba oğlu “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar.

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı