Xəbərlər 17.07.2024 19:28 4893

Şəhid ailələri üçün qanunlarda yeni dəyişikliklər haqqında QHT hüquqşünası AÇIQLAMA verib

Azərbaycan Prezidenti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər ilə şəhid ailələri üçün daha bir güzəşt qüvvəyə minib. Belə ki, son dəyişikliklərə əsasən, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.

Bəs şəhid ailələrinin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı mövcud qanunvericilikdə hansı boşluqlar var və bu dəyişikliklər həmin boşluqları necə aradan qaldırır?

QHT.az bu sualları Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin hüquqşünası, Vəkillər Kollegiyasının vəkili Ruslan Mustafazadəyə ünvanlayıb. Vəkil Ruslan Mustafazadə qanun və qaydalarda edilən bu dəyişikliklərin pozitiv olduğunu vurğulayıb: "Ümumiyyətlə, qanunlarda, qaydalarda dəyişikliklərin edilməsi müsbət haldır, çünki son dövrlərdə bu sahədə müəyyən problemlərlə üzləşən vətəndaşlar var idi və müraciətlərin sayı kifayət qədər çox olurdu. Bunun da əsas səbəblərindən biri dövlət tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqətin artırılması sosial rivahların güzləndirilməsinə bağlı tədbirlərin daha geniş olmasına bağlı idi. Yəni, əvvəllər şəhid ailələrinin qaziləri, müharibə veteranlarının ev almaları olduqda çətin bir prosedur idi, uzanırdı, hər biri ala bilmirdilər. Amma son dövrlərdə dövlət tərəfindən bu sahəyə geniş fikir ayrıldı, diqqət ayrıldı və təbii olaraq müəyyən çətinliklərlə üzləşənlərin də sayı bu sahədə artdı. Və bu dəyişikliklər də bu çətinliklərin aradan qaldırılması məqsədini daşıyır. Belə ki, praktikada da biz rastlaşmışıq ki, şəhid ailə üzvü kimi intiyazlı şəxs kimi mənzil növbəsində olan şəxs vəfat etdiyidən sonra onun adını siyahadan çıxarılması prosesi baş vermişdi və təbii olaraq həmin şəxsin vərəsələri də var. Həmin verəsələr isə şəhid ailəsi statusuna malik olmayan şəxslər olur.  Bu səbəbdən onların mənzil növbəsinə intiyazlı şəxslər kimi qeydiyyata alınmaları proseduru yox idi."

Vəkil həmçinin qeyd edib ki, indiki dəyişikliklərdən sonra artıq bu prosedur qanunvericilik səviyyəsində öz təsbit olunub, öz təsdiqini tapıb: "Düşünürəm ki, bundan sonra bu problemlərlə özləşən şəxslərin sayları azalacaq. Və ya narazılıqlar belə deyil ki, aradan qalxacaq. Bir daha qeyd edirəm ki, belə dəyişiklikləri biz də xoş qarşılayırıq və hesab edirik ki, gələcəkdə daha da genişlənməsi ilə intiyazlı şəxslərin əhatəsinin genişləndirilməsi cəmiyyətdə də müsbət rəy yaradacaq".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı