Xəbərlər 13.06.2024 15:54 801

6 ayadək dövr ərzində təkrar əlillik təyin edilmiş 34,3 min şəxs həmin dövr üzrə də əlilliyə görə sosial ödənişlərlə təmin edilib

2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təkrar əlillik təyin edildikdə, təkrar əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

 

Beləliklə, həmin aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödənişlər verilir. Bu tədbir ötən dövrdə 34,3 min şəxsi əhatə edib.

 

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,4 mln. manat vəsait ödənilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı