Xəbərlər 12.06.2024 14:04 1175

Paytaxt rayonlarında aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında həyata keçirilən birgə monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.

QHT.az xəbər verir ki, bu məqsədlə aidiyyəti qurumlarla əməkdaşlıq əsasında Bakının Yasamal və Xətai rayonlarında ehtiyaca uyğun olaraq mövcud sakinlər bərpa edilib, bəzi ərazilərdə yeniləri salınıb, əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa olunub, dəmir məhəccərlər quraşdırılıb və digər abadlıq işləri görülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı