Xəbərlər 07.06.2024 12:12 2372

Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub

Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti uğurlu addım atılıb. 

QHT.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, 2 nömrəli Xəstəxanada ilk dəfə bu gün icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb: “Qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib. Əməliyyat travmatoloq- ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib. Bu tip cərrahi ortopedik əməliyyatların başlanılması endoprotezləşmə üçün digər müəssisələrə yönəldilməni, əməliyyatlar üçün növbələri aradan qaldırmaqla, dövlət müəssisəsində həm Sumqayıt, həm də ətraf rayon, şəhər əhalisinin xidmətə əlçatanlığını təmin edəcək”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı