Xəbərlər 24.06.2024 01:00 1498

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən Fiziki məhdudiyyətli şəxslərin peşə hazırlığının gücləndirilməsi adlı layihənin icrasına başlayır.

Bu barədə QHT.az-a layihə rəhbəri Mirzə Məmmədvəliyev məlumat verib. Onun sözlərinə görə layihənin əsas məqsədi Müharibə iştirakçılarının, qazilərin və əlilliyi olan şəxslərin işsizlik problemini həll etməkdir: "Müharibə iştirakçılarının, qazilərin və digər həssas sosial qrupların müyəssər peşə hazırlığının yüksəldilməsi və onların arasında sahibkarlığın inkişafı, əlilliyi olan müharibə iştirakçılarının və digər həssas sosial qrupların (gender bərabərliyi qorunmaq şərtilə) əmək və sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə təlimlərin və maarifləndirmə tədbirlərinin (seminarların) təşkili və fəallığını artırmaqdır. Sosial sahibkarlıq fəaliyyətinə yeni başlayan  müharibə iştirakçıları, qazi və əlilliyi olan şəxslərin maarifləndirilməsi və onları zəruri nəzəri biliklərlə yanaşı  BMT - nin DİM prinsiplərinə uyğun beynəlxalq təcrübə öyrədiləcək. Layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı