Xəbərlər 02.07.2024 19:57 1355

5 günlük Təlimçilər üçün Təlim “ToT” yekunlaşıb - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UN OHCHR) ilə birlikdə 24-29 iyun tarixlərində Təlimçilər üçün Təlim “ToT” layihəsi çərçivəsində 20 nəfər hüquqşünasa İnsan hüquqları mövzusunda 5 günlük təlimlər keçirib.

QHT.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bu layihənin iştirakçıların peşəkar fəaliyyətinə müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirərək, təlim iştirakçılarına uğurlar arzulayıb.

Bu təlimi digər “ToT” layihələrindən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, İnstitut təlimin hazırlıq mərhələsində iştirakçılar arasında sorğu keçirərək, onların insan hüquqları sahəsində maraq çərçivələrini öyrənib. Sorğunun nəticələri əsasında pensiya hüququ, əmək mübahisələrinin həlli, mülkiyyət hüquqlarının qorunması kimi aktual mövzular gündəliyə salınıb və iştirakçılar üçün təlimin daha əhatəli və dolğun keçməsi təmin edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı