Xəbərlər 02.07.2024 18:57 1657

DİN yanında İctimai Şura üzvləri Azərbaycan Polisi Gününə həsr olunan tədbirə qatılıb - FOTOLAR

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Tədbirə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavinləri, idarə rəisləri, daxili işlər orqanlarının yüksək rütbəli əməkdaşları, veteran polislər qatılıb.

QHT.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranı Şuranın sədri Əliməmməd Nuriyev sədr müavini Xalid Kazımov təmsil edib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan, xidməti borcu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təntənəli mərasimdə çıxış edən general-polkovnik Vilayət Eyvazov əlamətdar gün münasibəti ilə təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb. Nazir 106 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübədən danışıb. Nazir birinci Qarabağ müharibəsi, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan və bu gün işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin təmin olunmasında polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini qeyd edib.

Tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov məruzə ilə çıxış edib. Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib. Təntənəli tədbirin sonunda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı