Xəbərlər 24.06.2024 01:20 1534

“Xankəndidə quruculuq və bərpa” mövzusunda layihə Ağcabədi rayonunda uğurla icra edilir - FOTOLAR

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndidə quruculuq və bərpa” mövzusunda növbəti layihəni uğurla icra edir. Bu layihə çərçivəsində Ağcabədi rayonunda məskunlaşan keçmiş məcburi köçkünlərlə görüşlər keçirilir. Görüşlərin əsas məqsədi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın səmərəli icrasının təmin edilməsi və köçkünlərin problemlərinin həlli istiqamətində müzakirələrin aparılmasıdır.

QHT.az xəbər verir ki, layihə çərçivəsində təşkil olunan görüşlərdə məcburi köçkünlərin problemləri dinlənilir və onların qayıdış prosesində qarşılaşdıqları çətinliklər müzakirə olunur. Həmçinin, köçkünlərə dövlət proqramının tələbləri və imkanları haqqında məlumat verilir, onların inteqrasiyası və sosial adaptasiyası üçün nəzərdə tutulan tədbirlər barədə geniş məlumatlandırma aparılır.

Layihə iştirakçıları arasında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sosial işçilər və müvafiq dövlət qurumlarının əməkdaşları da yer alır. Görüşlərdə köçkünlərin məşğulluq, təhsil, sağlamlıq və sosial təminat məsələləri üzrə sualları cavablandırılır və onların problemlərinin həlli üçün zəruri addımlar atılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı