Xəbərlər 02.07.2024 11:00 1528

Azərbaycan Polisi - 106 il şərəfli xidmət

Bu gün Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunur. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılan Azərbaycan Polisi müstəqilliyimizin bərpasının ilk illərindən ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu keçən Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə sahəsində də böyük uğur əldə edib. İşğaldan azad olunan ərazilərimizdə də Azərbaycan polisi bu gün təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının xüsusi diqqət ayırdığı Azərbaycan Polisinin gərgin zəhmətinin nəticəsidir ki, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən təhlükəsiz dövlətlərindən biridir.

2 iyul Azərbaycan Polisi Günü münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin şəxsi heyətini peşə bayramı münasibəti ilə təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram

 

Əliməmməd Nuriyev

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı