Xəbərlər 01.07.2024 22:15 1071

Belçikadan olan jurnalist ilə keçirilən görüşdə sülh və tarixi məsələlər müzakirə olunub

Qərbi Azərbaycan İcmasında Belçikadan olan jurnalist Kris Maykl ilə keçirilən görüşdə sülh və tarixi məsələlər müzakirə olunub.

QHT.az xəbər verir ki, Belçikalı jurnalist Kris Maykl, Qərbi Azərbaycan İcmasında İcma üzvləri ilə ətraflı müsahibə zamanı tarixi və sülh məsələlərini gündəmə gətirib. Görüş zamanı, Milli Məclisin deputatı Ramil Həsən, QAİ Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov və QAİ İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar da iştirak ediblər.

Görüş zamanı Kris Maykl, İcma üzvlərinə Qərbi Azərbaycan haqqında məlumat almaq üçün suallar vermiş və öz soydaşlarının tarixi acıları, xüsusilə 1987-1991-ci illər deportasiyası ilə bağlı ətraflı məlumat alıb. Qərbi Azərbaycan İcmasının sülh yolu ilə və təhlükəsiz şəkildə geri qayıdış məramını vurğulayan bu görüş, tarixi və hərbi məsələlərin dəqiq və münasib şəkildə təhlil edilməsi ilə xarakterizə olunub.

Bu görüş, Qərbi Azərbaycan İcmasının məqsəd və məramlarını daha geniş auditoriyaya tanıtmaqda və beynəlxalq mədianın diqqətini bu əraziyə çəkməkdə faydalı bir addım olub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı