Xəbərlər 01.07.2024 20:59 3959

QHT sədri 2 iyul Azərbaycanda Polis Günü münasibətilə polisləri təbrik edir

Bu gün münasibətilə ilk olaraq Vətəni, milləti uğrunda canından keçən, cinayətkarlığa qarşı mübarizəyə sağlamlığını qurban verən və dünyasını dəyişən polis əməkdaşlarına Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm.

Təqaüddə olmaqlarına baxmayaraq, hələ də cinayətkarlığa qarşı mübarizəni davam etdirən, əmin-amanlıq və cinayətlərin açılması üçün hər zaman əlindən gələni edən, ehtiyac olduğu anda əmrdə müntəzir dayanan veteran polislərimizi də təbrik edir, bu günkü sabitlik üçün onlara da təşəkkür edirəm.

Azərbaycan polisi həmişə əsgər kimi intizamlı, hüquqşünas kimi ədalətli, valideyn kimi mərhəmətli olub və bu ənənə davam etməkdədir. Təbii ki, polis peşəsinin icrasında müəyyən çətinliklər var. İnsanların təhlükəsizliyini təmin etmək, onları və onların mülkiyyətini qorumaq asan deyil. Nəzərə alsaq ki, bu çətin işdə polislərimizə köməklik göstərməyin zəruriliyini hələ də əksəriyyət kifayət qədər dərk etmir, əksinə polisə dəstəyi əskiklik hesab edir ki, bu da cinayətkarlığa qarşı mübarizədə problemlər yaradır.

İnkişaf etmiş ölkələrdə cinayətkarlığa qarşı mübarizənin mənzərəsi fərqli olmaqla, hər kəs cinayətkarlığa qarşı mübarizədə polisə dəstək verir, törədilən və ya hazırlanan cinayətlər haqqında polisə dərhal məlumat verirlər. Əslində, cinayətkarlığa qarşı mübarizə ictimai dəstək olmadan effektli ola bilməz. Azərbaycanda da DİN ilə QHT-lər arasındakı sıx əməkdaşlıq təqdirə layiqdir. Hər bir polis əməkdaşının səbirsizliklə gözlədiyi peşə bayramı münasibətilə cənab Naziri və xidməti fəaliyyətlərini şərəflə icra edən bütün polis əməkdaşlarını, DİN-da çalışan hər kəsi ürəkdən təbrik edir və ölkəmizdə olan sabitlik, əmin-amanlıq üçün təşəkkürümü bildirirəm.

 

Südabə Məmmədova

Təmas” Regional İnkişaf İctimai Birliyin sədri

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı