Xəbərlər 04.06.2024 00:33 1648

“Həyatının sahibi özün ol!” layihəsinin başlanmasına start verilib

"Ümid yelkənləri" Insan Alverinə Qarşı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Həyatının sahibi özün ol!” layihəsinin başlanmasına start verib.

QHT.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan potensial insan alveri qurbanları -yeniyetmə və gənc qadınların peşəyə yiyələnməsi və onların öz işlərini qurmalarına yardım etmək, cəmiyyətin müxtəlif təbəqələrini insan alveri problemi ilə bağlı məlumatlandırmaq, İnsan alveri qurbanları olmuş şəxslərin cəmiyyətə reinteqrasiyasına nail olmaq, küçə uşaqlarına dəstək olmaq, onları insan alveri dəllallarının əlinə keçməkdən qorumaqdır. Bu məqsədilə təşkilat Bakı şəhərinin Suraxanı rayonunda gənclər arasında maarifləndirmə işləri aparacaq, ehtiyaclı ailələrdən olan 15 qadına bərbərlik peşəsinin sirlərini öyrətmək məqsədilə təlimlər təşkil edəcəkdir.

Qeyd edək ki, layihənin müddəti 01.06.2024 – 31.08.2024-cü il tarixədəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı