Xəbərlər 21.06.2024 09:54 3082

Qubada gənclər arasında mədəni irsimizin təbliği layihəsinin seçim turları yekunlaşıb - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonu Küpçal kənd tam orta məktəbində Nə? Harada? Nə zaman? intellektual oyun formatında sonuncu seçim turniri keçirilib.

QHT.az xəbər verir ki, yarışda Quba rayonunun Küpçal, Dağlı, Qələdüz, Qəçrəş, Üçgün və Küsnətqazma kəndlərindən olan 40 nəfər yeniyetmə və gənc 8 komanda tərkibində mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin Azərbaycanın mədəni irsinin gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Üçgün kəndini təmsil edən “Odlar yurdu” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Qələdüz kəndini təmsil edən “Qələdüz” və Qəçrəş kəndini təmsil edən “Qəçrəş” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimiz milli kimliyimizdir!” Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği adlı layihə çərçivəsində Quba rayonunun Qaraçay, Zərdabi qəsəbələrində, Digah, Hacıqayıb və Birinci Nügədi kəndlərində seçim turnirləri keçirilib. Əsasnaməyə uyğun olaraq seçim turlarının qalibi olan 6 komanda – Alekseyevka kəndinin “Bayraqdar”, Çartəpə kəndinin “Zəka”, Hacıqayıb kəndinin “Heredot”, Qəcərzeyid kəndinin “Qəcərzeyid”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu” komandaları və seçim turlarında ən yaxşı nəticə göstərən daha 6 komanda – İsnovqışlaq kəndinin “Zirvə”, Alpan kəndinin “Xankəndi”, Hacıhüseynli kəndinin “Turan”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Zərdabi qəsəbəsinin “İstiqlal” və Barlı qəsəbəsinin “Viktoriya” komandaları 28 iyun 2024-cü il tarxində Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı