Xəbərlər 21.06.2024 22:46 3777

QHT "Müharibə əlilləri və şəhid ailələri ilə iş" layihəsinin icrasını davam etdirir -  VIDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi (BƏC İB) "Müharibə əlilləri və şəhid ailələri ilə iş" layihəsinin icrasını davam etdirir. 

QHT.az xəbər verir ki, bu layihənin məqsədi, müharibə zamanı zərər görmüş və şəhid olmuş şəxslərə və onların ailələrinə dəstək göstərməkdir.

Dünya TV-də Xuraman Aydınqızının təqdimatında, layihənin icrası haqqında ətraflı məlumat verilib. Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi idarə heyətinin üzvü, jurnalist Zərnişan Turan, QHT sədri və layihə rəhbəri Tahir Xudiyev, BDU-nun professoru Allahverdi Məmmədli proqram haqqında təfərrüatlı məlumatlar veriblər.

Tahir Quliyev, layihənin məqsəd və əhəmiyyəti barədə danışaraq, müharibə əlilləri və şəhid ailələrinin dəstəklənməsi üçün göstərilən fəaliyyətlərə dair öz fikirlərini bölüşüb.

Allahverdi Məmmədli isə bu cəmiyyət üçün çalışmanın bir şərəf olduğunu vurğulayaraq, müharibə əlilləri və şəhid ailələrinin müraciət etdiyi umud nöqtələrinin işlənilməsini təmin etməkdə cəmiyyətin rolunu qeyd edib.
Zərnişan Turan, cəmiyyətin incəsənədlə bağlı olan əlillərin sərgilərini təşkil etdiyini vurğulayaraq, onların sərgilərinin müharibə qəhrəmanlarının və onların ailələrinin tarixini və əzəmətini nümayiş etdirdiyini izah edib.

Qeyd edək ki, bu layihə ilə əlillərə və şəhid ailələrinə dəstək göstərən BƏC İB, müharibədə zərər görmüş vətəndaşlarımızın və onların ailələrinin müraciət etdiyi dəyərli xidmətləri ilə tanınır və təqdir edilir. Layihə uğurla davam edir.

Daha ətraflı videoda:

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı