Xəbərlər 30.05.2024 11:22 2080

İrəvanın ermənilərə verilməsi mövzusunda Elmi-Praktiki Konfrans keçirildi - FOTOLAR

Tarixi və əzəli torpağımız olan İrəvanın ermənilərə verilməsinin 106-cı ildönü qeyd olunub. Qərbi Azərbaycan İcması, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərovun dəstəyi ilə gəncləri maarifləndirmək məqsədilə elmi-praktiki konfrans keçirib.

QHT.az xəbər verir ki, tarix üzrə elmlər doktoru Vasif Qafarov konfransda geniş məruzə edərək, İrəvanın ermənilərə verilməsinin qanunsuz, haqsız və birtərəfli olduğunu vurğulayıb. O bildirib ki, Milli Şuranın qərarı qanunsuz olub, çünki tələb olunan səs çoxluğu təmin edilməyib və iştirakçıların sayı süni şəkildə artırılıb. Həmçinin, İrəvanın azərbaycanlı sakinlərinin rəyi öyrənilmədən qərar verilib və ermənilər Qarabağa dair hüquqi təminat verməyiblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı