Xəbərlər 22.05.2024 14:20 1678

Masallıda nöqsanlar aşkarlanan ət kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

Daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Masallı rayonu, Aşurlu kəndində fəaliyyət göstərən ət kəsimi məntəqəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, ət kəsimi məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, məhsulların minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərinin mövcud olmadığı, qida məhsullarının daşınması zamanı qanunvericiliyin tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və müvafiq gigiyena qaydalarına riayət etmədiyi, əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilməsi zəruri olan əl yuma çanağının mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb.

 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı