3 “D” sinif şağirdləri “Biz Dünyanı Qoruyuruq” adlı tamaşanı təqdim ediblər - FOTOLAR
Ölkəmizdə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilib. Bununla əlaqədar olaraq, Binəqədi Rayon 83 saylı məktəb liseydə 3 D sinif şağirdləri tərəfindən hazırlanmış "Biz Dünyanı Qoruyuruq” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə 3 D sinif şağirdləri tərəfindən qonaqlara insanlar təbiəti necə qorumalıdırlar adlı səhnələşdirilmiş tamaşa təqdim edib. Tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 3-cü sinif şağirdləri Ejla Hüseynlinin, Həmid Babayevin, Firuddin Dadaşovun, Hənifə Abbasın, Senay Səlimin, Fatimə Abdiyevanın, Fatimə Əsəsdlinin, Mədinə Əliyevanın, Ömər Baxşəliyevin, Fatimə Həsənovanın, Məryəm Qasımovanın, Cavida Quliyevin, Fidan İsmayılovanın, Quliyev qardaşları Raul və Ramalın, Allahverdiyev Cavidin, Əli Fərmanlının , Zaur Qurbanovun, Fatimə Məlikovanın, Xədicə Məmmədzadənin, Arzu Əliyevanın, Süleymanova Mirayın, Daniel Pavlovun və Cəmilə Mustafayevanın uğurlu ifaları tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. Tədbirlə bağlı ətraflı məlumat verən 3 D sinifinin sinif rəhbəri Yazgül xanım Quluyeva uşaqların və böyüklərin təbiəti niyə qorumalı olduğu ilə bağlı fikirlərini bölüşüb. Tədbirlə bağlı təəssüratlarını bölüşən məktəbin direktoru Almaz xanım Bayramova, Binəqədi rayon icra hakimiyyətinin müavini Sevinc xanım Süleymanova şağirdləri uğurlu tamaşa və təbiətlə bağlı gözəl düşüncələrini bölüşdüklərinə görə təbrik ediblər. Onlar 3-cülərə gələcəkdə Vətənə layiq vətəndaş kimi formalaşmağı diləyərək, öz tövsiyyələrini veriblər. Uşaqlarla söhbət zamanı ölkəmizdə ətraf mühitin qorunması istiqamətində görülən işlərdən danışılıb. Vurğulanıb ki, Azərbaycanın bütün ərazilərinin əsrarəngiz təbiətinin qorunması ilə bağlı ciddi işlər görülür. Həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Tədbir uşaqların bir-birin dən gözəl musiqi nömrələri ilə favam edib.